İranda təyyarədə bomba tapılıb

Təyyarə təcili eniş etdikdən sonra partlayıcı qurğu zərərsizləşdirilib

İranda daxili aviauçuş zamanı terrorun qarşısı alınıb. "Reuters" agentliyinin Fars informasiya agentliyinə istinadən verdiyi məlumata görə, göyərtəsində 131 sərnişin olan təyyarədə əldəqayrılma partlayıcı qurğu taplıb. Təyyarə İranın qərbində Axvaz şəhərində təcili eniş etdikdən sonra partlayıcı qurğu zərərsizləşdirilib. /ANS PRESS/

В этом разделе