İran prezidenti Barak Obamanı danışıqlara çağırıb

Mahmud Əhmədinejad təklifləri ilə Obamanı tanış etmək istəyir
İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Barak Obamanı BMT-də danışıqlara çağırıb. Bu barədə RBC məlumat verib.
“Biz Obamaya BMT–də görüşərək dünyadakı problemləri müzakirə etməyi təklif edirik. Əgər ulu İran xalqı məni yenidən prezident kimi seçərsə, mən öz təkliflərimi Obamaya bildirəcəm”- deyə M.Əhmədinejad bildirib.

Xatırladaq ki, İranda növbəti prezident seçkiləri iyunun 12-də keçiriləcək. Səsvermənin nəticələri məlum olunadək rəsmi Tehran nüvə proqramı ilə bağlı bütün beynəlxalq danışıqları dayandırıb./ ANS PRESS/

В этом разделе