Ayətullah Məkarim Şirazi: "Çin dövlətinin bizimlə və müsəlman ölkələrlə arasındakı əlaqələri yaxşı olsa da bu, Çinə bizim Müsəlman qardaşlarımızı öldürmə haqqını vermir"
İranda Nəsr Heyvandarlıq Kompleksində ilk dəfə klon buzov dünyaya gəlib. Bazar günü saat 15:05 radələrində 270 günlük bir müddətdən sonra, klonlanmış buzov dünyaya gəlib. Buzovun adını "bonyana" qoyublar.
İraqda oğurlanmış 5 İranlı diplomat Tehrana qədəm basıb. İki il bundan qabaq İraqın Ərbil, Bağdad və Süleymaniyə məntəqələrində ABŞ hərbçilərinin tərəfindən oğurlanmış "Baqir Qəbişavi" "Məcid Qaimi Heydəri","Abbas Xatəmi Kəsavənd","Məcid Daqeri" və "Mahmud Fərhadi" İraqda işğalçı qüvvələrin zindanlarında saxlanılırdılar.
İranlı tələbələrdən ibarət bir qrup bu gün, Almaniyanın Tehran Səfirliyi qarşısında, bu ölkədə Müsəlman bir qadının irqçi bir Alman tərəfindən qətlə yetiriliməsi hadisəsinə etiraz edəcəklər.
İran XİN-in mətbuat katibi Həsən Qəşqavi Almaniyanın irqçi ünsürlərinin Almaniya məhkəməsində misirli xanım Mərvə Əl-Şərəbinini qətlə yetirməklə bağlı hərəkətlərini pisləyib.
İslam-Azeri.az internet qəzetinin İran KİV-lərinə istinadlı xəbərinə görə İranda bu il Rəcəb ayında xüsusi ibadət sayılan etikafda iştirak edənlərin sayı keçən ilə nisbətdə dəfələrlə çoxdur.
İslam-Azeri.az internet qəzetinin İran KİV-lərinə istinadlı xəbərinə görə İranın Ali Dini lideri Ayətullah Seyyid Əli Xamenei İmam Əli (ə) mövludu münasibətilə çıxış edib.
"İranda keçirilmiş sonuncu prezident seçkiləri ən şəffaf və düzgün seçkilərdir". Bu sözləri 12 iyun seçkilərindən sonra ilk brifinqi zamanı İranın dövlət rəsmisi Qulam Hüseyin Elham deyib. O bildirib ki, ölkənin qanunları istənilən qeyri-qanuni halların qarşısını alır.