Ayətullah Üzma Behcət vəfat etdi

Şiə dünyasının öndə gələn təqlid mərcilərindən və elmi-əxlaqi sahədəki bənzərsiz alimlərdən Ayətullah Üzma Məhəmməd Təqi Behcət vəfat etdi.


1334 hicri qəməri ilində Xəzər dənizi bölgəsində yerləşən Gilan əyalətinə bağlı Fumən şəhərində dünyaya gələn Ayətullah Üzma Məhəmməd Təqi Behcət İranın Qum şəhərində müalicə gördüyü Vəliyyi Əsr xəstəxanasında ürək çatışmamazlığı nəticəsində bu gün(17 May 2009) günortadan sonra Rəbbinə qovuşdu.

 

Bu böyük itki səbəbi ilə bütün möminlərə və xüsusilə də o həzrətin müqəllidlərinə başsağlığımızı bildiririk.

313NEWS.NET

В этом разделе