"İranda keçirilmiş sonuncu prezident seçkiləri ən şəffaf və düzgün seçkilərdir"

"İranda keçirilmiş sonuncu prezident seçkiləri ən şəffaf və düzgün seçkilərdir". Bu sözləri 12 iyun seçkilərindən sonra ilk brifinqi zamanı İranın dövlət rəsmisi Qulam Hüseyin Elham deyib. O bildirib ki, ölkənin qanunları istənilən qeyri-qanuni halların qarşısını alır.

Bununla belə, Avropada İrana qarşı sərt tədbirlərin görülməsi ilə bağlı bəyanatlar səsləndirilir. Böyük Britaniya Tehrandakı səfirliyinin əməkdaşlarının həbs edilməsi ilə bağlı Avropa Birliyi ölkələrini öz səfirlərini Tehrandan geri çağırmağa tələb edib. Lakin, Avropa Birliyi İranla bağlı ehtiyatlı siyasət yürüdür, çünki Tehranın nüvə proqramı ilə bağlı danışıqların perspektivinə zərər yetirmək istəmir.

İran polisinin məlumatına görə, ümumilikdə mindən artıq adam həbs olunub və 20 iğtişaşçı qarşıdurma zamanı öldürülüb. Qeyd edək ki, etirazların qarşısını almağa çalışan Bəsic dəstəsinin 8 üzvü öldürülüb. Öz növbəsində, İranda keçirilən etiraz aksiyalarının ölkənin imicinə zərbə vurması barədə sualı cavablandırarkən dövlət rəsmisi Qulam Huseyin Elham bəyan edib ki, etiraz aksiyaları konkret effekt verməyib və bəzi hökumətlər İranla bağlı məsələləri analiz edərkən səhvlərə yol verir.(ANS TV)


В этом разделе