"İslam inqilabı rəhbərinin əmrindəyik"

Sistan-Belucistan əhli-sünnə din adamından açıqlama
İranın Sistan-Belucistan əyaləti əhli-sünnə alimlərindən Buzurqzadə "Biz İslam inqilabı rəhbəri Ayetullah Xameneinin əmrindəyik və onun buyruqlarını yerinə yetirərik" - deyə açıqlama verib.
Əhli-sünnə Din Adamları Seminarında çıxış edən Mövlanə Buzurqzadə, şiələrlə sünnilər arasında ixtilaf meydana gətirmə və bölücülüyü qızışdırmanın faydasız olduğunun vurğulayaraq, "Şiə və sünni din adamlarının da ixtilafları aradan qaldırma və düşmənlərin bu xüsusa bağlı planlarını ifşa edib, boşa çıxarma yolunda səy göstərmələri lazımdır" - deyə bildirib. 

Mövlana Buzurqzadə çıxışının başqa bir hissəsində "Müsəlmanların, 1 milyard 600 milyonluq bir əhaliyə sahib olmalarına baxmayaraq, dünya, sionistlərdən ibarət olan kiçik bir azlıq tərəfindən idarə olunmaqdadır. Məhz bu məsələ, müsəlmanlar üçün bir xəbərdarlıq xüsusiyyəti daşımaqdadır. Yəni müsəlmanların qərarlı bir iradəylə, öz aralarındakı ixtilafları buraxıb, çox olan ortaq nöqtələrə söykən və onları vurğulamaları lazımdır" şəklində danışıb.
 


В этом разделе