Manuçöhr Motakki: "Sincandakı hadisələr İslam dünyasında narahatlığa səbəb olub"

İranın xarici işlər naziri Manuçöhr Mottaki Çinin xarici işlər naziri Yang Jiechi ilə telefonla danışıb.

 CNN Türk-ün məlumatına görə, telefon söhbətində Çinin Sincan Uyğur Muxtar Vilayətindəki hadisələr barədə danışılıb. Çinli həmkarından bölgədəki vəziyyət barədə məlumat alan Mottaki, hadisələrin İslam dünyasında narahatlığa səbəb olduğunu bildirib. O, "Çinin milli birlik və həmrəyliyinə" əhəmiyyət verdiklərini qeyd edərək Sincandakı Müsəlmanların hüzur və təhlükəsizliklərinin təmin edilməsinin zəruri olduğunu vurğulayıb.

Çinli nazir isə iranlı həmkarına bölgədəki vəziyyətin sakit olduğunu bildirib, dinlərin və xalqların hüququnun qorunmasına dəyər verdiklərini söyləyib. Jiechi, Müsəlmanların yaşadığı Sincandakı siyasətlərinin asayişi təmin etmək və milli birliyi qorumaq istiqamətində olduğunu bildirib.


ANS PRESS


В этом разделе