BBC: “İran, yaxın yarım ildə atom bombası yarada bilər”

Almaniya KİV, ölkənin Federal Kəşfiyyat Xidmətində bu barədə məlumat olduğunu yazıb
İran, yaxın altı ay ərzində atom bombası yarada bilər. ANS PRESS, BBC-yə istinadən xəbər verir ki, Almaniya KİV, Almaniya Federal Kəşfiyyat Xidmətində bu barədə məlumat olduğunu yazıb. 
Qeyri-rəsmi məlumatlara görə, alman kəşfiyyatçıların hesabatında deyilir ki, rəsmi Tehran, Şimali Koreya hakimiyyəti tərəfindən artıq həyata keçirilmiş nüvə sınaqları keçirə bilər. Bu məlumatlar nüvə enerjisi üzrə beynəxalq agentliyini (MAQATE) informasiyası ilə ziddiyyət təşkil edir. MANATE-nin son hesabatında bildirilirdi ki, İran, atom bombasının yaradılması üçün kifayət qədər zənginləşdirilmiş urana malik deyil. 
Almaniya Federal Kəşfiyyat Xidməti, blkə KİV-də yayılmış xəbərləri şərh etməyib. /ANS PRESS/


В этом разделе