Alimlər ilk dəfə orqan nəqlinə ehtiyac olmadan sintetik buynuzlu qişa hazırlayaraq, xəstənin gözünə yerləşdiriblər
10 xəstə yenidən görmə qabiliyyəti əldə edərkən, bu təcrübə 1.5 milyon insan üçün ümid işığı olub. FaktXeber.com-un verdiyi məlumata görə, İsveçdə əhəmiyyətli dərəcədə görmə problemi yaşayan on xəstəyə nəql edilən laboratoriya istehsalı olan sintetik buynuzlu qişa təbəqələri xəstələrin görmə qabiliyyətində əhəmiyyətli irəliləyişlə nəticələnib.
İki il ərzinində buynuzlu qişanın bütün funksiyaları yerinə yetirə biləcək vəziyyətə gəldiyi müşahidə edilib. Yarım saat davam edən əməliyyatlarda 10 xəstənin gözlərindəki xəstə toxumalar götürülüb və süni təbəqə nəqli edilib. Növbəti iki il ərzində, xəstələrdə nəql edilən qişaların gözə nə dərəcədə uyğunlaşdığı araşdırılıb.
4 DƏFƏ UZAĞI GÖRMƏK MÜMKÜNDÜR
6 xəstədə görmə qabiliyyəti, 20/400-dən 20/100-ə yüksəlib. Bu da xəstələrin əməliyyatdan əvvəlkinə nisbətən dörd dəfə uzağı görə bildikləri mənasını verir. Süni qişa nəqli edilən 10 xəstənin hamısı görmə qabiliyyətinə yenidən qovuşublar. Ancaq bəzi xəstələrin kontakt linza ilə dəstək alması lazım olub. Xəstələrin nəql edilən toxumayla əlaqədar hər hansı bir uyğunlaşmazlıqla qarşılaşmadıqları da bildirilir. Tamamilə sintetikdən hazırlanan qişa ilə həyata keçirilən nəqllərin, insandan insana köçürülən qişa nəqlinin yerini alması ehtimalı artrıq ən yüksək həddə çatıb. Ottava Universitetindən həkim May Griffith, xəstələrin artıq normal insanlar kimi görə bildiyini söyləyərkən, bir müddət sonra onların gözlərini qırpa biləcəklərini və ağlaya biləcəklərini də sözlərinə əlavə edib. Prof.Griffith, "Bizim məqsədimiz süni qişaların insanda nə dərəcə etibarlı bir şəkildə istifadə edilə biləcəyini sınamaq idi. Xəstələrin görmə qabiliyyətindəki irəliləyiş, bizlərə bir mükafat oldu" - deyə bildirib.
Sintetik qişa əməliyyatlarında, donordan alınan nəql əməliyyatlarına nisbətən mikrob düşmə riski də daha az olur. Araşdırmaçılar dünyada hər il 1.5 milyon insanın qişa nəqli ola bilmədiyi üçün kor olduğunu müəyyənləşdirib.