Bin Ladenin köməkçisinə ömürlük həbs

“Əl Qaidə” terror təşkilatının lideri Üsəma bin Ladenin keçmiş köməkçilərindən biri - Məmduh Mahmud Səlim həbsxana nəzarətçisini öldürməyə cəhdə görə ömürlük azadlıqdan məhrum edilib.

Milli.Az xəbər portalı “Reuters” agentliyinə istinadən xəbər verir ki, 2000-ci ildə Nyu-Yorkdakı islah müəssisəsinin mühafizə xidmətinin əməkdaı Luis Pepenin həyatına sui-qəsd olub. Həmin vaxt Məmduh Mahmud Səlim ABŞ vətəndaşlarına qarşı terror aktlarının planlaşdırılması və hazırlanması ittihamları ilə məhkəməni gözləyirdi. O, itilənmiş daraqla mühafizəçiyə hücum edib. Nəticədə Luis Pepenin bir gözü çıxıb və o, beyin xəsarəti alıb.

2002-ci ildə 52 yaşlı Məmduh Mahmud Səlim mühafizəçinin həyatına sui-qəsd etdiyini boynuna alıb. 2004-cü ildə məhkəmə onu 32 il müddətinə azadlıqdan məhrum edib. Lakin apellyasiya məhkəməsi hökmə yenidən baxılması ilə bağlı qərar çıxarıb. Belə ki, hakim Məmduh Mahmud Səlimin terrorçuluq fəaliyyətini, o cümlədən 1998-ci ildə Keniya və Tanzaniyadakı ABŞ səfirliklərinə baqınlarda iştirakını nəzərə almayıb.

Nəhyayət, məhkəmə bu gün Məmduh Mahmud Səlimin ömürlük azadlıqdan məhrum edilməsi, Luis Pepeyə isə müalicə üçün 4,72 milyon dollar məbləğində təzminat ödənilməsi barədə qərar qəbul edib.

В этом разделе