Mübariz İbrahimovun meyyitinin şəkillərini yayan “odnoklassniki.ru” saytını boykot etmək təklif olundu

Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatı müraciət yayıb.

“Media forum” saytının məlumatına görə, müraciətdə www.odnoklassniki.ru saytının şəhid gizir Mübariz İbrahimovun meyitinin şəkillərini yaymasına toxunulur: “Fotoları Tehler Yan (artıq adını Sogo Mona dəyişib) adlı bir erməni yayıb və şərh hissəsində şəhidi təhqir edən fikirlər yazıb. Sosial şəbəkənin qanunlarına görə, hər hansı bir şəxsin səhifəsindən yüz şikayət olarsa, həmin səhifə avtomatik bağlanır. Ancaq soydaşlarımızın 400-dən artıq şikayət etməsinə baxmayaraq səhifə bağlanmayıb. Əksinə, həmin ermənidən şikayət edən şəxslərin səhifələrinə müəyyən qadağalar tətbiq olunub”.

DAK gəncləri www.odnoklassniki.ru saytını birtərəfli yanaşmada qınayaraq bütün soydaşları sosial şəbəkəyə qarşı birləşməyə, azərbaycanlı istifadəçilərin həmin şəbəkəni boykot etməsi üçün hər kəsi səfərbərliyə çağırır: “Əziz azərbaycanlılar! Bu sayta qarşı olaq və Mübariz İbrahimovun ruhunu şad edək”.

В этом разделе