Fələstinin HƏMAS təşkilatının siyasi bürosunun rəhbəri Xalid Məşəl bu gün Misirə gəlib
O, bu səfəri çərçivəsində Misir prezidenti Məhəmməd Mursi ilə görüşəcək. Görüş zamanı başlıca olaraq İsrail rejiminin Qəzzaya qarşı başlatdığı cinayətkar əməliyyatlar müzakirə ediləcək, - "Deyerler" “RİA Novosti”yə istinadən məlumat verir.
Eyni zamanda Xalid Məşəlin artıq Misirə səfər yola düşmüş Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ilə də görüşəcəyi bildirilir. Daha sonra Xalid Məşəl Qahirədə Ərəb Ölkələri Liqasına üzv ölkələrin Xarici işlər nazirlərinin Qəzza toplantısına qatılacaq.
Türkiyə baş naziri və Misir prezidenti Məhəmməd Mursi ilə birgə keçiriləcək görüşdə Xalid Məşəl ilə yanaşı Qətər əmiri Həmad bin Xəlifə əl-Taninin də iştirakı gözlənilir.