Xebername.az İnternet qəzeti RastHaber.com-a istinadən xəbər verir ki, Afrika qitəsindəki İmam Həsənin (ə) nəvələrindən olan Abdussəlam Əl Əsmərin ziyarətgahının Vahabilər(sələfilər) tərəfindən dağıdılmasının ardından bir çox Misirli alim və öndər Vahabilərin bu çirkin hücumunu qınayan bəyanat verib.
Livyada olan xalqın dəyər verdiyi müqəddəs məkanların və xüsusilə imamzadə Abdussəlam Əl Əsmərin ziyarətgahının vahabilər tərəfindən dağıdılması Şiə və Sünnilərin sərt etirazına səbəb olub.
Misir Baş müftisi Dr.Əli Cümə, mövzuyla əlaqədar yaydığı bəyanatında sərt reaksiya verib. Bəyanatda sələfilərin hərəkətini qınayaraq bunları ifadə edib: Sələfilər zamanın Xariciləri və cəhənnəmin itləridir. Allahın evlərini və Müsəlmanların müqəddəslərini dağıdaraq yer üzündə fəsad çıxarmaqdadırlar.
Onlar, İslami dəyərləri dağıdaraq Livya xalqı arasında məzhəb fitnəsi çıxarmaq və xalqı vətəndaş müharibələrilə məşğul etmək üçün işlər görürlər."
Misir Müftisi, Livyada yaşanan son hadisələri cahiliyyət dövrünə oxşadaraq bunları qeyd edib: "Hər Müsəlman söz və hərəkətiylə bu cür cəhdlərin qarşısında dayanmalıdır. Ayrıca Livyalı səlahiyyətlilərdə bu vəziyyət qarşında reaksiya verməlidir."
Dr.Əli Cümə, Vahabilərin bu hərəkətini cinayət hesab edərək Livyalı səlahiyyətlilərdən hadisəni reallaşdıranların ağır ittihamlarla cəzalandırılmasını istəyib.
Qeyd edək ki, Misirdə yaşanan xalq inqilabının ardından ölkədə yaşayan sələfilər də Misirdə olan bəzi müqəddəs məkanları yandırmış və hətta "Məqami Rəsuli Hüseyn (ə)-"a hücum edərək yandırmaq istəmiş, ancaq xalqın müqavimət göstərməsiylə və Əli Cümə və Əl Əzhər Şeyxi Əhməd Tayyibin reaksiya verməsiylə geri çəkilmək məcburiyyətində qalmışdılar.