"Əl-Əzhər" şiəliklə mübarizə müsabiqəsinə start verib!

"Əl-Əzhər"in şeyxi, müəllimləri dəfələrlə təriqətçiliklə mübarizə, şiə-sünni vəhdəti və şiənin haqq məzhəb olmasından  söz açmalarına baxmayaraq, bu universitetin nəzdində olan “İslam elmləri” kolleci çox qəribə və təriqətçiliyə xidmət edən bir addım atmışdır. Bu da universitetin xarici tələbələri arasında “Şiəliklə mübarizə” adı altında müsabiqə keçirilməsinə dair bildirişlərin yayılmasından ibarətdir.

313news.net-in “Shia News” agentliyinə istinadən  verdiyi xəbərə əsasən, Misirin "Əl-Əzhər" universitetinin “İslam tədqiqatları dərnəyi” “İslam elmləri” kolleci ilə birlikdə həmin universitetinin xarici tələbələri arasnda “Sünni kontingentində şiəliyin yayılması, onun fəsadları və bununla mübarizə metodları” adı altında müsabiqə keçiriləcəyinə dair bildirişlər yaymışdır. Bu addım vəhdətdən dəm vuran bu universitetin reputasiyasını sual altına salır.

Bu universitetin məlumat bürosunun verdiyi xəbərə əsasən, "Əl-Əzhər" universitetinin “İslam elmləri” kollecinin yaydığı bildirişdə keçiriləcək bu müsabiqənin iki hissədən - elmi və incəsənət hissəsindən ibarət olacağı və müsabiqənin keçirilməsinin əsas hədəfinin “şiəliyin yayılması ilə mübarizə” olduğu qeyd edilmişdir.

Bu məlumata əsasən, müsabiqənin elmi hissəsi şiə ideologiyasını özündə əks etdirən iki mühüm kitab barədə hesabatdan, şiənin on mühüm qaynağının və onların müəlliflərinin tanıtdırılmasndan, şiə ideologiyasının əleyhinə və onların suallarına cavab verməkdə ixtisaslaşmış 10 sünni alimi və onların əsərləri ilə tanışlıqdan , həmçinin əlavə olaraq "Əl-Əzhər" universitetinin və onun alimlərinin şiəliyin yayılmasına səbəb olan amillərlə mübarizəsi barədə tədqiqat yazılmasından ibarət olacağı bildirilib.

Lakin müsabiqənin incəsənətə aid olan hissəsinin isə tamaşadan, art layihədən, şeirdən, şiə ideologiyasını və onların iradlarını özündə əks etdirən çıxışdan ibarət olacağı qeyd edilmişdir.  Həmçinin iki dost və onlardan birinin digərini şiə məzhəbinə etiqdddan çəkindirməsi barədə xırda hekayə yazılması da bu hissəyə əlavə edilmişdir.

Bu müsabiqədə birinci yeri tutana 5000 Misir funtu veriləcəyi və ümumilikdə bu müsabiqədə iştirak edən 23 nəfərə hədiyyələrin verilməsi də nəzərədə tutulub.

{img1}

В этом разделе