"Bu əziz bir konstitusiyadır"
Düyna Müsəlman Alimlər Birliyi sədri Yusif Qərdavi misirliləri referendumda iştirak etməyə çağırıb. 313news.net-in məlumatına görə, bu barədə Qərdavinin rəsmi saytı məlumat yayıb.
"Mən inamla və vicdanlı şəkildə "hə" deyəcəm. Eyni şəkildə çoxluğun vicdanı da bunu təsdiq edir. Xalqımızın inkişafını istəyirik. Allahın izni ilə xalq buna qadirdir" deyən Qərdavi verəcəyi səsdən asılı olmayaraq, bütün misirlilərin referndumda iştirak etməli olduğunu bildirib.
Alim bildirib ki, bəzi bəzi maddələrə qarşı çıxsa da bu "əziz bir konstitusiya"dır və gələcəkdə onu dəyişdirmə imkanı var.