Afrika dövlətlərinin liderləri üsyançıların lideri Mişel Cotodiyanı Mərkəzi Afrika Respublikasının prezidenti kimi tanımaqdan imtina ediblər
APA-nın Frans Press-ə istinadən verdiyi xəbərə görə, bu barədə regional sammitin yekununda qəbul olunmuş sənəddə bildirilir.
Martın 24-də «Seleka» üsyançı koalisiyasının silahlıları MAR-ın paytaxtı Banqini ələ keçiriblər. Üsyançıların lideri Mişel Cotodiya özünü prezident elan edib. Devrilmiş prezident Fransua Bozize isə Kameruna qaçıb. Martın 26-də Cotodiya Konstitusiyanın işlək sayılmadığını, parlament və hökumətin isə buraxıldığını elan edib.