Somali Dövlət Başçısı Şeyx Şərif Şeyx Əhməd, ölkədəki quraqlıqdan ötəri təcili kömək çağırışı etdi.
313news.net saytının Zaman qəzetinə istinadən verdiyi məlumata görə quraqlıq səbəbiylə hökumətin qurduğu sığınma düşərgələrində çox sayda adamın yaşadığını ifadə edən Şeyx Əhməd, dünən etdiyi şərhdə, ölkənin imkanlarıyla sığınacaqların ehtiyaclarını ödəyə bilmədiklərini ifadə etdi.
Somali ordusunun, silahlı Əl Şabab təşkilatıyla mübarizəsindən zəfərlə çıxacağını ifadə edən Əhməd, "yaxında onları uduzmaya uğradacağıq" deyə danışdı.
Hökumət spikeri Abdirahman Ömər Osman da şərhində böhranın BMT-in etdiyi şərhlərində dilə gətirdiyindən çox daha şiddətli olduğunu ifadə etdi. Spiker, sığınma düşərgələrində, qızılca da daxil olmaq üzrə müxtəlif xəstəliklərin də yayılmaqda olduğunu ifadə etdi. Spiker, "Somalidə qıtlıq çox sürətli hərəkət etməyimizi tələb edir, çünki Somalili uşaqlar hər gün, kömək olmadığı üçün ölür. Beynəlxalq cəmiyyətdən, çətinlik içindəki insanlarımıza istiqamətli köməklərini artırmalarını istəyirik" dedi.
Ölkədəki aclıq 11 milyon adama təsir edib. Bunlardan 2,2 milyonu Əl Şabab təşkilatının idarəsindəki orta və cənub bölgələrdə yaşayır. Bu bölgələrə kömək təçkilatları girə bilmir və çox sayda insan hökumətin sığınma düşərgələrinə çatmağa çalışır.
Kənar yandan, paytaxt Mogadişuda Afrika Birliyi barış gücləriylə Əl Şabab arasında cümə axşamı günündən bəri qarşıdurmalar olur. AB gücləri şəhərin şərqində irəliləmə qeyd etdikdən sonra, Əl Şababın idarəsində olan və atəş nöqtəsi olaraq istifadə etdiyi stadiona tərəf yönəldi. Tərəflər arasında dünən qarşılıqlı top atəşi oldu.
Hökumət Əl Şabab güclərinin on minlərcə adamın yaşadığı sığınma düşərgələrinə hücum etməsindən narahatlıq keçirir.