Somalidə 750 min insan aclıqdan ölə bilər

Ölkədə son 60 ilin ən güclü quraqlığı hökm sürür

Somalidə kütləvi aclıq ölkənin daha çox rayonlarına yayılmaqdadır. Birləşmiş Millətlər Təşkilatının "qara siyahısı"na daxil edilmiş 5 cənub əyalətinə daha biri əlavə edilib. BMT-nin hesablamalarına görə, Somalidə 4 milyon adamın ərzaq yardımına ehtiyacı var, onlardan 750 mini aclıqdan ölmə təhlükəsi ilə üz-üzədir. Somali "Afrika Buynuzu" dövlətlərindən hökm sürən quraqlıqdan ən çox əziyyət çəkən ölkədir. BMT-nin məlumatlarına görə, burada 12 milyon adamın təcili ərzaq yardımına ehtiyacı var-ANS PRESS xəbər verir.

Ölkədə son 60 ilin ən güclü quraqlığı hökm sürür. Quraqlıqdan başqa, Somalinin "Əş-Şəbab" radikal qruplaşmasının nəzarəti altında olması və qruplaşmanın ölkəyə humanitar yardımı əngəlləməsi də vəziyyəti gərginləşdirir. Hesablamalara görə, "Afrika buynuzu" ölkələrində on minlərlə adam aclıqdan ölüb ki, bunun yarısından çoxunu uşaqlar təşkil edir. Hazırda Somali və digər Afrika ölkələri ehtiyac olan ərzaq yardımının yalnız üçdə-ikisini alır.

В этом разделе