Səudiyyə Ərəbistanı Liviya ilə diplomatik əlaqələrini bərpa edib

Səudiyyə Ərəbistanı Liviya ilə diplomatik əlaqələrini bərpa edib və hər iki ölkə öz səfirini göndərib

Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Ər-Riyadın liviyalı tərəfdaşları ilə konstruktiv dialoqa hazır olduğunu bəyan edib.

Liviyada baş verən vətəndaş qarşıdurması ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanı 2011-ci ilin fevral ayında öz səfirini Tripolidən geri çağırmışdı.

В этом разделе