Məhəmməd Mursi Suriya prezidentinin təbrikini qəbul etməyib
Misirin yeni seçilmiş prezidenti Məhəmməd Mursi Suriya prezidenti Bəşər Əsədin təbrikini qəbul etməyib. Belə ki, Mursi Əsədin təbrikinə qarşlıq olaraq qeyd edib: "Suriya xalqının həqiqi təmsilçisi Bəşər Əsəd yox, inqilab mübarizəsində olan müxaliflərdir. Biz Əsəd hakimiyyətini tanımırıq".
Qeyd edək ki. Misirdə Hüsnü Mübarəkin devrilməsindən sonra hakimiyyətə gələn Məhəmməd Mursi dövlət idarələrində fotosunun asılmasını qadağan edib, onun ailəsi də prezident sarayına köçməkdən imtina edib.