İsrail Sudanı vurdu

Yəhudi dövləti qonşularına hücum etməkdə davam edir

İsrailin hücumunda hərbi təyyarələr, helikopterlər və 1 ədəd sualtı gəmi iştirak edib. 313news.net-in türk mətbuatına istinadlı məlumatına görə, hadisə nəticəsində 6 "cip" markalı avtomobil vurulub, 4 nəfər həlak olub.

Məlumata görə, hadisə Sudanla Misir arasındakı mübahisəli Hələib üçbucağında baş verib.

Qeyd edək ki, 2009-cu ildə də İsrail HƏMASA-a silah daşıması iddiası ilə 23 yük maşını olan karvanı vurmuşdu.

В этом разделе