Nari Əl Maliki, seçki ittifaqını açıqlayarkən etdiyi çıxışda, İraqlıların ilk dəfə "qarşıdan gələn illərin yükünü çiyinlərinə almaq üçün" etnik və məzhəb ayrıseçkiliyini kənara buraxdıqlarını deyib.
İraqda, 51 Amerikan əsgərinin donuz qripi diaqnozuyla müalicə altına alındığı, 71 Amerikan əsgərinin də virusla təmas etdiklərindən şübhələnildiyi açıqlandı.
İslam-Azeri.az internet qəzetinin Əl Mənara istinadlı xəbərinə görə İsrail parlamenti olan Knessetin Fələstin ərazilərini özəlləşdirməsi ilə bağlı çıxardığı qanuna etiraz olaraq Livan Hizbullahı bəyənat yayıb.
İsrail-sionist rejimində yaşayan homoseksual xaxam "Ran Josef" mavilərə qarşı hər bir mənfi hərəkətin yol verilməz olduğunu deyib. Ran Josef İsraildə, homoseksualları müdafiə təşkilatı kimi sayılan "HOD" təşkilatının rəhbəridir.
Qüdsün qərbində İsrail polisi 9 fələstinli ailəni evlərindən çıxarıb. ANS PRESS, BBC-yə istinadən xəbər verir ki, əməliyyatda çoxlu sayda polis əməkdaşı iştirak edib. Boşaldılmış evlərə dərhal yəhudilər məskunlaşdırılıblar.