Livanlı Alimdən Çağırış: Sionizmə Qarşı Qüdsü Müdafiə

İslami Hərəkət Cəbhəsinin başçı köməkçisi Abdunnasır Cəbri Müsəlman və Xristianlara Qüds üçün çağırış etdi.
Livanlı bir din alimi Ərəb və İslam aləmini, Müsəlman və Xristianları, Yəhudiləşdirmə təhlükəsinə qarşı Qüdsdəki müqəddəsatı müdafiə etməyə çağırdı və Ərəb liderlərə xitab edərək Əqsanın ümmətin şərəfi, tarixi, mədəniyyəti və Müsəlmanların Rəbləriylə aralarındakı bağ olduğunu, daha çox gözləyib Qüdsü tək başına buraxmanın mümkün olmadığını söylədi.

Livan İslami Hərəkət Cəbhəsi başçı köməkçisi Abdunnasır Cəbri, əl-Aləm televiziyasına etdiyi xüsusi şərhdə: "Şiələrin gözlənilən İmamının ad günü və Müsəlmanlar nəzərində qiblənin dəyişdirilməsinin ildönümünün qeyd olunduğu Şaban ayının ortasında olduğumuz bu günlərdə, Yəhudilərin Qüdsdə etdikləri tətbiqlərə şahid olan İslam ümmətinin, zəif düşmüş Qüdslülərdən başqa müdafiə edəcək kimsəsi olmayan müqəddəs şəhəri Yəhudilərin oyuncağı olmaqdan qurtarmaq üçün hücuma keçməsi lazımdır" dedi.

Cəbri: "Bu gün Qüdsü Yəhudiləşdirməklə təhdid edən İsraillə razılaşma imzalayan Ərəb liderlər harada? sualını soruşdu və onları Məscidi Əqsa, Qubbətüs Səhra və müqəddəs Hərəmi Şərif üçün acı çəkən xalqların istəklərinə cavab vermək üçün hərəkətə keçməyə və xalqları da bu istiqamətdə hərəkət etməyə çağırdı.

Cəbri, işğalçının yalnız iddia edilən Süleyman məbədini tikməyi deyil əksinə Süleyman heykəlini axtarış bəhanəsiylə Əqsanın təməllərini yıxmağı hədəflədiyini vurğuladı və müqəddəsatı qorumanın yalnız Qüdslülərin deyil hər Müsəlman, Ərəb və insan övladının üzərinə borc olduğunu söylədi.

Cəbri; İsraillilərin yalnız təhrik məqsədli deyil dini, mədəni və fikri ölçülə hərəkət etdikləri və Əqsanı yox etməyə çalışdıqları xəbərdarlığını etdi.


isra xəbər



В этом разделе