Abbas yenidən Əl-Fəthin başçısı seçildi

Fələstin lideri Yaser Ərafatın ölümündən sonra Əl Fəth başçılığına gətirilən Mahmud Abbas hərəkətin başçılığına yenidən seçildi.
Beytullahımda toplanan Əl Fəthin konqresində, Abbasın qarşısına başqa namizəd çıxmadı. Abbas, konqresə qatılanların az qala hamısının səsini götürdü.

2000-dən çox nümayəndənin toplandığı konqresdə, liderliyə yenidən seçilməsiylə böyük alqış alan Abbas, Həması günahlandıraraq, konfransı müvəffəqiyyətsiz etmək üçün etdiyi bütün təşəbbüslərə baxmayaraq Əl Fəthin güclənməyi davam etdirdiyini vurğuladı.




В этом разделе