Nari Əl Maliki, seçki ittifaqını açıqlayarkən etdiyi çıxışda, İraqlıların ilk dəfə "qarşıdan gələn illərin yükünü çiyinlərinə almaq üçün" etnik və məzhəb ayrıseçkiliyini kənara buraxdıqlarını deyib.
İslam-Azeri.az İnternet Qəzetinin MHA-ya istinadlı xəbərinə görə, İraq Baş naziri Nuri Əl Maliki, Yanvar ayında keçiriləcək ümumi seçkilər üçün bəzi Sünni qrupların da daxil olduğu geniş bir seçki ittifaqı qurduğunu açıqlayıb.
Malikinin açıqladığı seçki ittifaqına qatılan qruplar arasında, Əl Qaidəyə qarşı mübarizə edən Sünni qrup və tayfalarla birgə ötən yerli seçkilərdə vilayətlərdə müvəffəqiyyət qazanan bəzi Sünni qruplar da iştirak edir.
İttifaq üzvləri arasında Neft Naziri Hüseyn Şehristani və hökumət sözcüsü Əli Debbağ da var. 40 partiya və təşkilatın olacağı "Hüquq Dövləti" adlı ittifaqda bəzi Kürd qruplar və Xristian qruplar da vardır.
Nari Əl Maliki, seçki ittifaqını açıqlayarkən etdiyi çıxışda, İraqlıların ilk dəfə "qarşıdan gələn illərin yükünü çiyinlərinə almaq üçün" etnik və məzhəb ayrıseçkiliyini kənara buraxdıqlarını deyib.
İraq Baş naziri Maliki, çıxışında, heç bir ölkənin İraqın daxili işlərinə qarışmasına icazə verilməyəcəyini, bunun yolverilməz olduğunu bildirib. Mailiki, "İraqın daxili məsələlərinə qarışan ölkə ilə əlaqələrimizi yenidən nəzərdən keçirəcəyik"-deyib.
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016