Səudiyyə Ərəbistanı Rusiyanı İrana silah satmamağa çağırıb

Krallıq regionda İranın nüfuzunun getdikcə artmasından narahatdır. Krallıq regionda İranın nüfuzunun getdikcə artmasından narahatdır.

İngiltərənin “Faynenşl Tayms” qəzetinin yazdığına görə, regionda İranın nüfuzunun getdikcə artmasından narahat olan krallıq Rusiyanın İrana silah satışını dayandırmasını istəyib.

Qəzetin xəbərinə görə, krallıq rəsmiləri rəsmi Moskvadan daha çox silah almaları müqabilində belə bir şərt irəli sürüblər. Xəbərdə Səudiyyə Ərəbistanının Rusiyadan 2-7 milyard dollar məbləğində silah almağı planlaşdırdığı, alınacaq silahlar arasında Rusiya istehsalı olan “S-400” tipli raketlərin də olduğu qeyd edilib.

Qeyd edək ki, İranla Rusiya arasında “S-300” tipli raketlərin satışına dair müqavilə imzalanmasına və birincisinin tələb olunan məbləği ödəməsinə baxmayaraq, Rusiya hələ də raketləri İrana verməyib. Buna ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin bu məsələdə Rusiya təzyiq göstərməsinin səbəb olduğu bildirilir.

/timeturk/

/AzeriMuslims/ 


В этом разделе