İngiltərənin Xarici İşlər Nazirliyindən Ramazan ayı ilə bağlı xəbərdarlıq

London

“Ramazanda məsuliyyətli turist olun”

Bu tövsiyə  İngiltərənin Xarici İşlər Nazirliyindən gəlib. "Azerimuslims"in "Dunyabulteni"nə istinadlı xəbərinə görə Ramazan ayı ərzində müsəlman ölkələrinə turustik səfərə gedəcək vətəndaşların məsuliyyətli olmaları tələb olunub. Turistlərdən Ramazan ayında açıq şəkildə yeyib-içməmələri də nazirlik tərəfindən istənilib. Bu haqda hazırlanan məlumat kitapçasında orucla bağlı bir çox məlumatlar öz əksini tapıb. “Bir çox insan orucun sizin üçün vacib əməl olmadığını başa düşəcək. Sizin də onlara qarşı göstərəcəyiniz hörmət yüksək qiymətləndiriləcək”, - hazırlanan məlumat kitapçasında bu ifadələrə yer verilib.

В этом разделе