Türkiyədə NATO-nun raket əleyhinə müdafiə sistemi fəaliyyətə başlayıb

Türkiyənin Malatya şəhərində NATO-nun raket əleyhinə müdafiə sistemi (RƏMS) yanvarın 1-dən fəaliyyətə başlayıb

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, xəbərdə artıq 5 gündür RƏMS ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, sistemdə istifadə olunacaq cihazları gətirən yük maşınlarının əraziyə yaxın yerdə saxlanıldığı və türkiyəli sürücülərin endirilərək maşınların ABŞ əsgərlərinin nəzarəti altında obyektə daxil olduğu bildirilib.

Məlumatda həmçinin AN TYP-2 siqnal ötürücüsünü istifadə edə bilən türkiyəli əsgər olmadığından ötən il dekabr ayının son həftəsində RƏMS-i idarə edəcək ABŞ əsgərlərinin obyektə gəldiyi, ancaq obyekt Türkiyəyə aid olduğu üçün amerikalıların türkiyəli komandirlərin əmri altında işləyəcəkləri vurğulanıb.

В этом разделе