ABŞ KXDR-ə təzyiq etmək üçün Cənubi Koreyanın sahillərində "İcis" və "Fiçerald" adlı raket-esmines kompleksləri yerləşdirib
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, həmin əraziyə raket buraxılışlarına nəzarət edən radar da yerləşdirilib.
Məlumatda deyilir ki, bir müddət öncə Pxenyan 1953-cü ildə imzalanmış sülh müqaviləsindən çıxdığını bəyan edib. KXDR lideri Kim Çen In təxribatların olacağı təqdirdə Cənubi Koreyanın, Havay adalarının, Quam adasının və Yaponiyanın raket atəşinə tutulması haqqında qərar verib.
Qeyd edək ki, Ağ evin mətbuat katibi Con Karni jurnalistlərə Pxenyanın hərbi ritorikanı artırmasına baxmayaraq, onun fəaliyyətində dəyişiklik olmadığını deyib.
"Pxenyandan sətr rotirika eşitməyimizə baxmayaraq, KXDR-in qoşunlarının genişmiqyaslı mobilizasiyasını və dislokasiyasını görmürük" - deyə Con Karni bildirib.
Amma bütün bunlarla yanaşı, Vaşinqton, Tokio və Seul KXDR-in təlim adı altında ballistik raketlərin atışını da istisna etmirlər.