ABŞ: "Şimali Koreya ballistik raketi nüvə başlığı ilə təchiz edə bilməz"

KXDR ballistik raketi nüvə başlığı ilə təchiz etmək imkanına malik deyil, lakin onun raket proqramı ABŞ-da ciddi narahatlıq doğurur

 

APA-nın məlumatına görə, Ağ Evin mətbuat katibi Cey Karni belə bir bəyanatla çıxış edib.

«Bizim rəyimizə görə, Şimali Koreya raketi nüvə başlığı ilə təchiz etmək üçün zəruri olan imkanları nümayiş etdirməyib», deyə o bildirib.

Eyni zamanda Karni vurğulayıb ki, ABŞ «nüvə sınaqları keçirən, raket proqramını davam etdirən və beynəlxalq öhdəliklərinə əməl etməkdən imtina edən KXDR tərəfindən edilən təhdidləri ciddi qəbul edir».

O xatırladıb ki, bununla bağlı Birləşmiş Ştatlar öz ərazilərini və müttəfiqlərinin ərazilərini qorumaq üçün bir sıra əlavə, o cümlədən RƏM sahəsində addımlar atıblar.

 

В этом разделе