ABŞ Fars körfəzinə yeni “lazer silahlar” göndərdiyini bəyan etdi

Bu silah texnoloji xüsusiyyətlərinə görə dünyada indiyə qədərki müharibə ənənələrini kökündən dəyişə biləcəyi bildirilir

"İslamazeri" “RT”-yə istinadən xəbər verir ki, ABŞ özünün yeni elektronik əsaslı lazer silahını artıq istifadəyə buraxıb.

Artıq həmin silah ABŞ-ın hərbi dəniz qüvvələrinə məxsus döyüş gəmisinə yerləşdirilib.

Bu silah texnoloji xüsusiyyətlərinə görə dünyada indiyə qədərki müharibə ənənələrini kökündən dəyişə biləcəyi bildirilir.

ABŞ ordusunun rəsmilərindən biri bildirib ki, “bu yeni lazer silahın əldə edilməsi müasir döyüş ənənələrinin kökündən dəyişilməsi üçün böyük addımdır, necə ki, odlu silahın kəşfinin qılınc-qalxan dövründəki döyüş ənənələrinə gətirdiyi inqilabi dəyişiklik kimi...”

ABŞ-ın hərbi dəniz qüvvələri iddia edib ki, yeni Lazer Silah Sistemi (LaWS) ilk sınaq zamanı səmadakı hədəfi uğurla məhv edib. ABŞ ordusu bu sınağın video görüntüsünü də yayımladığını bildirib.

ABŞ-ın lazer texnologiyaları barədə məlumatlar hələ ötən əsrdə müzakirə mövzusu idi, bu mövzu Ronald Reyqanın “ulduz müharibələri” adlı ballistik-roket proqramı gündəmdə olarkən daha da məşhurlaşmışdı. Son illər isə ABŞ müdafiə sənayesi bu texnologiyanı əldə etdiklərini bəyan ediblər.

Bu silahla qitələrarası ballistik roket sistemlərini zərərsizləşdirməyin mümkünlüyü barədə isə hələlik heç bir real sübut yoxdur.

В этом разделе