"İran və Şimali Koreya raket texnologiyalarının inkişafının indiki səviyyəsində ABŞ ərazisi üçün heç bir təhlükə yaratmır"
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəhbəri Çak Heygel Senatın Silahlı Qüvəllər üzrə komitəsində çıxışı zamanı bildirib.
“Bu ölkələrdə hal-hazırda belə imkanın olmasına mən inanmıram. Lakin bu indi belədir, ona görə də vəziyyət çox təhlükəlidir. Biz isə, istər İran, istərsə də Şimali Koreya olsun, hər bir təhlükəni dəf etməyə qadirik”, deyə Heygel qeyd edib. .
Bir neçə gün əvvəl xəbər verilirdi ki, Çimali Koreyanın şərqindəki Kanvondo vilayətində 3-4 min km məsafəni qət edə biləcək, Yaponiyanın və ABŞ-ın Quam adasında bütün hədəfləri vura biləcək “Musudan” tipli raketlər quraşdırılıb.