Türk "HERON"u uçuşa hazırdır

Türkiyə Silahlı Qüvvələri üçün hazırladığı pilotsuz təyyarəsi

"TAİ" şirkətinin Türkiyə Silahlı Qüvvələri üçün hazırladığı pilotsuz təyyarəsi "HERON" uçuşa hazırdır.

Faktxeber.com-un Anadolu xəbər agenyliyinə istinadən verdiyi məlumata görə, 30 min metr yüksəkliyə uça bilən pilotsuz təyyarə sərhədləri 24 saat müşahidə edəcək.

"TAİ" şirkətinin rəhbəri Muharrem Dörtkaşlı bildirib ki, "MALA" adını verdiyimiz pilotsuz təyyarə yoxlama testlərini uğurla keçib. Təyyarə havada 24 saat qala bilir, 30 min metr yüksəkliyə uçma qabiliyyətinə sahibdir.

Muharrem Dörtkaşlı daha sonra bildirib ki, gələn ildən etibarən, Türkiyə Silahlı Qüvvələrinin xidmətinə təqdim edəcəyik. Bundan sonra dünyadakı bir çox dost və müttəfiq ölkələrə istifadə məqsədiylə satacağıq.

В этом разделе