Rusiya Suriyaya silah embarqosunun əleyhinədir

Sergey Lavrov Suriyaya ultimatumların verilməsinin də qəti əleyhinə çıxış edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyaya silah embarqosu ilə bağlı çağırışların və prezident Bəşər Əsəd hökumətinə ultimatumların verilməsinin qəti əleyhinə çıxış edib- "anspress" "accociated press" agentliyinə istinadən xəbər verir.

Suriyaya silah embarqosu ilə bağlı çağırışların ədalətsiz olduğunu deyən Sergey Lavrov hakim rejim əleyhinə çıxış edən döyüşçü qrupların xaricdən silahlandığını da bildirib. Suriyanın problemlərinin ultimatumlarla həllinin qeyri-mümkünlüyünü vurğulayan Sergey Lavrov Moskvanın bu məsələnin siyasi həllinin tərəfdarı olduğu ilə bağlı mövqeyini bir daha təsdiqləyib. Rusiya xarici işlər naziri beynəlxalq ictimaiyyəti Suriya daxilində zorakılığa son qoymağa təsir etməyə çağırıb. O, Suriya rəhbərliyinə və qərb, eləcə də bir sıra ərəb ölkələri ilə əlaqələri olan silahlı qruplaşmalara da müraciət etdiyini deyib. Rusiyanın xarici işlər naziri Ərəb Liqasının Suriyaya sanksiyaların tətbiqi ilə bağlı son qərarını da tənqid edib.

В этом разделе