Rusiya İrana S-300 raketlərinin satılmasını qadağan etdi

Rəsmi Moskva Tehrana S-300 raketdən müdafiə sistemlərinin və digər silahlarının satışının dayandırılması ilə bağlı qərar qəbul etdi

313news.net-in "israhaber"-ə istinadlı xəbərinə görə bu qərar BMT təhlükəsizlik şurasının İranın nüvə proqramı əleyhinə tətbiq etdiyi sanksiyalar səbəbindən qəbul olunub. Dövlət başçısı Dmitri Medvedevin imzaladığı qərarda S-300-dən başqa tanklar, zirehli maşınlar, hərbi təyyarə və helikopterlər, sualtı və hərbi gəmilər də bu "qadağa" siyahısına daxil edilib.

Rəsmi Moskvanın 2007-ci ildə imzaladığı 800 milyon dollarlıq S-300 sistemlərinin satışı müqaviləsinin dayandırılması ilə rus tərəfi İrana 100 milyon dollar təzminat ödəməli olacaq.

В этом разделе