Firuzəyi rəngdə olan sualtı qayıq dənizdə görünmür
İran beynəlxalq ictimaiyyəti istehsal etdiyi yeni silah barədə məlumatlandırıb. Lakin bu yeni silah mütəxəssislər tərəfindən qəribə qarşılanıb. Konkret olaraq İran sualtı qayığı nümayiş etdirib. “Ghadir” raketləri daşıya bilən “Sina-7” adlı sualtı qayığı dənizdən gələn hücumları dəf edə biləcək.
Son texnologiyanın məhsulu olaraq təqdim olunan sualtı qayığın fərqli xüsusiyyəti isə onun rəngindədir. Firuzəyi rəngdə olan sualtı qayıq dənizdə görünmür. Hərbi mütəxəssislər sualtı qayığın bu bacarığına o qədər də inanmır. /anspress/