Qəşqavi :İran nüvə hüquqlarından vaz keçməyəcək

İİR XİN-nin rəsmi nümayəndəsi bəyan edib ki ,İİR bütün ölkələrin dinc nüvə enerjisindən qanuni istifadə haqqını vurğulayır .

Daxil olan məlumatlara görə , İİR XİN-nin rəsmi nümayəndəsi Həsən Qəşqavi deyib : İİR özünün prinsipial siyasəti əsasında dünya ölkələrinin yeni texnologiyalara nail olmaq üzrə hüquqları və ədalət prinsipinə əsaslanan bütün ideyaları diqqət mərkəzində saxlayır .
Qəşqavi bəzi xarici xəbər agentlərinin Qazaxıstan prezidentinin bu ölkə ərazisində nüvə yanacağı bankının təsisi üzrə təklifi barədəki qaranlıq xəbərləri haqda deyib :Qazaxıstan dünyada iri uran resurslarına malik ölkələrdəndir . Buna görə təbiidir ki , bu ölkə bu sahədə ideya və layihələr üzrə təşəbbüskar olmuş olsun.
İİR XİN-nin rəsmi nümayəndəsi sonra deyib : İran üçün nüvə yanacağı və buna oxşar ideyalara çatmaq üzrə ən mühüm cəhət bütün ölkələrin yeni elmlər və texnologiyalara nail olmaları sahəsində bərabərlik haqq və ədalətdir .

Diplomatın sözlərinə görə , NPT-yə üzv hər bir ölkə bütün cəhətlərdə dinc nüvə fəaliyyətlərinə malik olmaq haqqına malikdir . Bu fəaliyyətlər uranın zənginləşdirilməsi və yanacaq istehsalına da şamil olur və təbiidir ki , ölkələr ehtiyacı olan ölkələrə bunları MAQATE-nin nəzarəti altında ixrac etmək ixtiyarına malikdirlər .

İİR XİN-nin rəsmi nümayəndəsi vurğulayıb : Nüvə fəaliyyətləri bəzi xas ölkələrə məxsus və bu fəaliyyətlər digər ölkələrə qadağan olmamalıdır . Qəşqavi son zamanlar İranın nüvə fəaliyyətlərini Yaxın Şərqin sabitliyi üçün bir təhdid adlandıran İngiltərənin xarici işlər naziri Deyvid Milibandın sözlərinə cavabda söyləyib : Məntəqə ölkələri İranın nüvə fəaliyyətlərindən deyil İngiltərənin onların daxili işlərinə müdaxilə etməsindən nigarandır .

O qeyd edib ki , İranın nüvə proqramı dinc mahiyyətlidir və bu MAQATE-nin hesabatlarında təsdiqlənib.

Qəşqavi əlavə edib : Sionist rejimin onlarla nüvə başlığı və silahına malik olması və İngiltərənin bu rejimi açıq şəkildə dəstəkləməsinin məntəqə əhalisini nigaran etdiyi bir halda təəccüblü məsələdir ki , bu böyük təhdidə göz yumulur .

İİR XİN-nin mətbuat katibi vurğulayıb : İİR bütün məntəqə ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan dostcasına münasibətlərə malikdir və əgər İngiltərənin xarici işlər naziri digər ölkələrin öz qonşularına olan münasibətlərinə qarışarsa , bu kimi münasibətlər İran və məntəqə ölkələri tərəfindin müdaxilə mahiyyətli və qəbul olunmaz bir məsələ və qəyyumluq sayağı bir münasibət kimi dəyərləndiriləcək.

В этом разделе