İsrailin raket sistemi üçün əlavə 235 miyon dollar ayırıldı

ABŞ İsrailin müdafiəsini gücləndirməkdə davam edir

ABŞ İsrailin raketdən müdafiə sistemləri üçün əlavə olaraq 235 milyon dollar ayırıb. 313news.net-in məlumatına görə, bu Birləşmiş Ştatların İsrailə ayırdığı 3 milyard dollarlıq yardımdan əlavə verilib.

Yardıma münasibət bildirən İsrailin müdafiə naziri Ehud Barak məmnunluğunu bildirib: "Bu anlaşdığımız yardım, ABŞ-la müdafiə sahəsində əməkdaşlığımızı daha da gücləndirəcək".

Qeyd edək ki, 2 ölkə arasındakı sazişə görə, ABŞ tərəfindən ayrılan hərbi yardımlar bütünlükə ABŞ-dan silah alınmasına sərf olunur.

В этом разделе