İsrailin ən böyük pilotsuz təyyarəsi qəzaya uğrayıb

İsrail Hərbi Nazirliyindən verilən məlumata görə, qəza sınaq uçuşu zamanı baş verib

Anspress xəbər verir ki, İsrailin pilotsuz təyyarəsi sınaq uçuşu zamanı qəzaya uğrayıb. İsrail Hərbi Nazirliyindən verilən məlumata görə, qəza İsrailin hava məkanında baş verib. Heç kimin zərər çəkmədiyi bildirilsə də hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, Herın Ti-Pi adlı təyyarə yerli sakinlər arasında Eytan adı ilə də tanınır. Qanadlarının uzunluğu 26 metr olan bu təyyarə İsrail hava qüvvələrinə məxsus ən böyük pilotsuz təyyarədir. Təyyarə kəşfiyyat məqsədləri üçün nəzərdə tutulub. Onun radiosiqnalları qarışdırmaq və düşmən təyyarələrinin tezliklərinə girmək kimi xüsusiyyətləri var.

В этом разделе