İsrailin 200-ə yaxın nüvə başlığı var, bunu hansı ölkədən satın alıb?-İran XİN

İran XİN sözcüsü NATO-nun raketdən müdafiə sistemlərinin əsl hədəfinin başqa ölkə olduğunu bildirib

İranın XİN sözcüsü Ramin Mehmanpərəst Yunanıstan XİN-nin dəvəti ilə Afinaya etdiyi səfərdə NATO-nun Türkiyədə yerləşdirmək istədiyi raketdən müdafiə sistemlərinin əsl hədəfinin ölkəsi olmadığını bildirib. 313news.net-in məlumatına görə, Mehmanpərəst bildirib ki, ABŞ bölgədəki varlığına bəhanə axtardığı üçün İranı hədəf göstərir: "ABŞ müxtəlif ölkələrdə raketdən müdafiə sistemləri yerləşdirərkən də İranı səbəb göstərirdi. Amma həqiqətdə hamı bunun İran yox, başqa ölkə olduğunu bilirdi".

XİN sözcüsü nüvə məsələsilə bağlı suallara cavab verərkən bildirib ki, İran nüvə proqramı sülh məqsədlidir və bundan geri addım atmayacaq.

Mehmanpərəst həmçinin bildirib ki, ABŞ beynəlxalq ictimaiyyəti İranın terrorla əlaqələri olduğuna inandırmağa çalışmaqla terror və nüvə məsələsində "ikili standartlar"dan çıxış edir: "İran MAQATE-nin 40 ildir ki üzvüdür. Bizim nüvə proqramımızı yoxlamaq istəyirlər, bəs biz onların onlardakı nüvə başlıqlarının sayını niyə bilmirik? İsrailin 200-ə yaxın nüvə başlığı var, bunu hansı ölkədən satın alıb?".

В этом разделе