İsrail F-16-ları türk hərbi təyyarələrini mühasirəyə alaraq təqib edib – KİV

Yunan Kipr mətbuatı İsrailə aid iki F-16 hərbi təyyarəsinin 2 türk F-16 təyyarəsini Türkiyəyə qədər təqib etdiyini iddia edib

Yunan Kipr mətbuatında çıxan xəbərlərdə yazılır ki, İsrail hərbi təyyarələri Lefkoşa uçuş məlumat zonası üzərində 2 türk hərbi təyyarəsini mühasirəyə alaraq təqib edib.

SalamNews-un “Doğan” agentliyinə istinadən verdiyi xəbərə görə, eyni zamanda, mətbuatda iki türk sualtı gəmisinin də Kipr sahillərində hərəkət etdiyi bildirilir.

Cənubi Kiprdə nəşr olunan “Fileleftheros” qəzeti “İsrail hərbi təyyarələri türk hərbi təyyarələrini mühasirəyə alıb” başlıqlı xəbərində yazır ki, İsrailə aid 2 F-16 hərbi təyyarəsi Lefkoşa uçuş məlumat sonası üzərində 2 türk hərbi təyyarəsini mühasirəyə alıb.

Qəzet həmçinin, İsrail təyyarələrinin kəşfiyyat-qazma işləri aparılan platforma bölgəsində də fasilələrlə uçduğunu bildirib.

“Politis” qəzeti “Sualtılar toplandı” başlıqlı xəbərində isə bölgədə iki türk sulatı gəmisinin hərəkət etdiyini yazıb.

В этом разделе