Rusiyanın İrana S-300 sistemlərini satmaması Tehranı hiddətləndirib
"Israhaber"in məlumatına görə İslam Respublikasının müdafiə naziri Əhməd Vahidi Rusiyanı "güvənilməz" adlandırıb. O deyib ki: "Bütün bunlar Rusiyanın çox sadə məsələlərdə belə müstəqil qərar qəbul edə bilmir".
Parlamentin müdafiə komitəsinin sədri Ələddin Bürucerdi isə Rusiyanı məhkəməyə verəcəklərini bildirib. O deyib ki: "Müqaviləyə görə Rusiya satışın gerçəkləşmədiyi halda müqavilə dəyərinin 10%-ni Tehrana təzminat olaraq verməlidir. Moskva 100 milyon dollar təzminat ödəməlidir"