İranın hücumunu dəf etməyə İsrailin 12 dəqiqə vaxtı var

İranın 300 “Şahab” raket komplekslərindən müdafiə üçün sionist ordusunun 12 dəqiqə vaxtı var

“WikiLeaks” ABŞ-ın İsrail paytaxtındakı səfirliyinin göndərdiyi kriptoqrama istinadən sensasion məlumat yayıb. İsrail ordusunun baş qərargah rəisi Qabi Askenazinin 2009-cu il noyabr ayının 15-də ölkəsində qonaq olan konqresmenlərlə görüşdə İranın 300-ə yaxın “Şahab” raketlərinə malik olması və bu raketlərin az müddət ərzində İsrailə çata biləcəyini narahatlıqla dilə gətiribmiş.

Askenazi 10-12 dəqiqə ərzində bu raketlərdən yetərli müdafiə olunmağın mümkün olmadığını deyib. Baş qərargah rəisi İsrailin İrandan hər zaman raket hücumu gözlədiyini və narahat olduğunu bildirib. Lakin indiki təhlükə əvvəlkilərdən daha ciddi olduğundan yəhudi ordusu ciddi müdafiə sistemi qurmalıdır.
“WikiLeaks” sənədlərinə birbaşa girmək imkanı olan və bu sənədləri yayan Norveçin “Aftenposten” qəzetinin yazdığı xəbərə görə, İsrail ordusu “Həmas” və “Hizbullah” təşkilatlarına qarşı genişmiqyaslı hücuma hazırlaşır. Ordu komandanı deyib:  “Hizbullahın əlində 40 mindən artıq raket var. Terrorçuların Təl-Əvivin əhalisi sıx olan yerlərini bombalamaq imkanı olacaq. Bunun üçün biz irimiqyaslı hücuma hazırlaşırıq. Hər halda dar çərçivəli hücumun miqyasını genişləndirmək bunun əksini etməkdən daha asandır”./Yeni Musavat/

В этом разделе