İran yenə də ilkə imza atdı

İslam Respublikası qanadlı raketi sınaqdan keçirib

İran dünyada ilk olan qanadlı raket- “Zəfər”i sınaqdan keçirib. İranın müdafiə naziri Əhməd Vahidi bu barədə Tehranda Ordu günü münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlama verib.

ANS PRESS-in İran kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, “Şahin” və “Şalamhin” zenit raketlərinin sınağı bu yaxınlarda keçirilib: “Raketlərin sınaqları uğurla keçdi və raketlər hava hücumundan müdafiə bölmələrinə təhvil verildi”.

Qeyd edək ki, İran Ordu günündə “Zulfuqar” ən yeni nəsil tanklarını və İran artilleriyasının nümunələrini nümayiş etdirib.

Nazir əlavə olaraq qeyd edib ki, “Şahin” zenti raketləri raketdən müdafiə sistemləri- “Mersad”ın bir hissəsi olacaq və İranın nüvə obyektlərinin yaxınlığında yerləşdiriləcək.

В этом разделе