İran şaquli uçan təyyarələr istehsal edəcək

İslam Respublikası yeni təyyarələrin istehsalı barədə məlumat yayıb

İran şaquli uçan və enən təyyarə istehsalı sahəsində araşdırmalar aparır və bu növ təyyarələr istehsal edəcək. Bunu İranın Hərbi Hava Qüvvələrinin koordinasiya məsələləri üzrə müavini Əziz Nəsirzadə deyib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər verib.

Əziz Nəsirzadənin sözlərinə görə, İran Hərbi Hava Qüvvələri davamlı şəkildə öz ehtiyaclarını təmin etmək üçün layihələr həyata keçirir.

В этом разделе