İran "Fateh-110" raketini uğurla sınaqdan keçirib

Raketin 150-200 kilometr məsafədə hədəfi vurmaq qabiliyyətinə malik olduğu bildirilir

ANS-in verdiyi xəbərə görə, İran bu gün yerli istehsal olan "Fateh-110" raketini uğurla sınaqdan keçirib. Bu barədə İranın müdafiə naziri, general Əhməd Vahidi məlumat verib. 

Ə. Vahidi "Fateh" raketlərinin yeni, üçüncü nəsli hesab edilən "Fateh-110" raketinin orta-diapazonlu ballistik raket olduğunu və hədəfə almada dəhə dəqiq olduğunu bildirib. Raketin uzunluğunun 9 metr, ağırlığının 3500 kiloqram olduğu, həmçinin 150-200 kilometr məsafədə hədəfi vurmaq qabiliyyətinə malik olduğu bildirilir.

В этом разделе