Yeni istehsal olunmuş istilik raketlərinin sınaq mərhələsi sona çatıb və geniş şəkildə istehsala başlanılıb.
İranın Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri General Həsən Şahsəfi bildirib ki, yeni "hava-hava" tipli istilik raketlərinin istehsalına başlanılıb və bu genişmiqyaslı istehsalı Müdafiə Nazirliyi həyata keçirir. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
Yeni istehsal olunmuş istilik raketlərinin sınaq mərhələsi sona çatıb və geniş şəkildə istehsala başlanılıb. "Raket "hava-hava" tiplidir və İran HHQ tərəfindən istehsal olunub", - Şahsəfi deyib.
Şahsəfi əlavə edib ki, istehsal olunmuş istilik raketinin uçuş məsafəsi 100 kilometrdir. "Sınaqlar zamanı raketin uçuş məsafəsi 40 kilometr idi, lakin bu məsafəni artırmaq imkanı vardı", - o deyib.
Şahsəfi əlavə edib ki, Hərbi Hava Qüvvələri radardan yayına bilən təyyarələrin layihələndirilməsi işini başa çatdırıb və bu təyyarələrin kiçik ölçüdə ilkin nümunələrinin istehsalına başlanılıb. "Radardan yayına bilən təyyarə sınaqdan keçdikdən sonra genişmiqyaslı istehsala başlanılacaq. Ümid edirəm ki, ilin sonuna təyyarənin üzərində bütün təhqiqat və sınaqlar başa çatacaq", - Şahsəfi deyib. /trend/
В этом разделе
- İran 5 il əvvəl ələ keçirdiyi PUA-nın eynisini istehsal etdi4 Октября, 2016
- Azərbaycan silah idxalına görə Avropada ikincidir19 Марта, 2014
- Obama: “Şimali Koreya nüvə raketindən istifadə edə bilmir”17 Апреля, 2013
- ABŞ: "Şimali Koreya ballistik raketi nüvə başlığı ilə təchiz edə bilməz"13 Апреля, 2013
- "İran və KXDR ABŞ üçün təhlükə törətmir"12 Апреля, 2013
- ABŞ Fars körfəzinə yeni “lazer silahlar” göndərdiyini bəyan etdi10 Апреля, 2013
- ABŞ KXDR-in üstünə esminets göndərib2 Апреля, 2013
- ABŞ Cənubi Koreyaya iki bombardmançı göndərib29 Марта, 2013
- Türkiyədə yerli istehsallı qırıcılar F-16-ları əvəz edəcək29 Марта, 2013
- İran vurulan pilotsuz təyyarənin məlumatlarını açdı11 Декабря, 2012