Hücum olsa, Türkiyəni mütləq vuracağıq- İran

"Bu barədə əvvəlcədən işlənilmiş planımız var"

İranın məclisi xarici siyasət komitəsinin rəhbəri Hüseyn İbrahimi İrana hücum olacağı təqdirdə ilk növbədə Malatyadakı NATO raket sistemlərini vuracaqlarını bildirib. 313news.net-in məlumatına görə, bununla da İslam İnqilabı keşikçilər korpusunun generalı Əmir Əli Hacızadənin bəyanatına növbəti dəstək İran məclisindən gəlib. İbrahimi bildirib ki, Malatyadakı sistemləri vurmaq İranın təbii haqqıdır və bunu mütləq edəcək. O bildirib ki, bu barədə əvvəlcədən işlənmiş plan da var.

"Raket sistemlərinin vurulması Türkiyənin hədəf alınması demək deyilmi?" sualına cavabında İbrahimi bildirib ki, bu sistem əslində sionist rejimi qorumaq üçün qurulub və Türkiyə rəhbərliyi buna vaxtında icazə verməməlidi. Bundan sonra baş verəcəklər isə Türkiyənin problemidir: "Biz bu sistemin acınacaqlı nəticələri haqqında əvvəldən Ankaranı xəbərdar etmişdik".

В этом разделе