Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

APA-nın məlumatına görə, hadisə bu gün cəbhənin Gədəbəy istiqamətində qeydə alınıb. Murovdağda xidmət edən Azərbaycan əsgəri, 1993-cü il Almazov Orxan Ələddin oğlu düşmən gülləsinə tuş gəlib. O, ayağından yaralanıb. Yaralı əsgərin vəziyyəti kafi qiymətləndirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.

В этом разделе