Dmitri Medvedev ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinə kəskin cavab verdi

Rusiya prezidenti müdafiə nazirliyinə müvafiq tapşırıqlar verib

Rusiya prezidenti Dmitri Medvedev Avropada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə ölkəsinin cavab verəcəyi hərbi-texniki və diplomatik xatakterli tədbirlər kompleksini açıqlayıb. Dmitri Medvedev bildirib ki, Rusiya bir neçə ildən sonra ölkənin strateji potensialını zəiflədə biləcək ABŞ-ın raket əleyhinə müdafiə proqramında iştirak etməyə razılıq verməyəcək. O, Rusiyanın silahlı qüvvələrinə lazım olduğu halda raket əleyhinə müdafiə sistemlərinin informasiya və idarə vasitələrinin ləğvi üzrə tədbirlər hazırlamaq tapşırığı verib-"anspress" "rian" saytına istinadən xəbər verir.

Dmitri Medvedev bu tədbirlərin adekvat, effektli və az xərc aparan olduğunu deyib. Prezident Medvedev Avropada NATO-nun raket əleyhinə müdafiə sistemləri ətrafında yaranmış vəziyyətlə əlaqədar ABŞ-a Rusiyanın strateji hücum silahları üzrə razılaşmadan çıxmaq hüququ barədə də xatırladıb. O, eyni zamanda Rusiyanın Qərblə münasibətlərində ən ağrılı problemlərdən birinin kompromiss həllinə dair ABŞ və NATO ilə danışıqların davam eitdirilməsi niyyətini də təsdiqləyib.

Rusiya və NATO 2010-cu ilin noyabrında Lissabonda keçirilən sammitdə Avropa raket əleyhinə müdafiə sistemləri layihəsi üzrə əməkdaşlığa dair razılıq əldə edib. Ancaq bu danışıqlar ABŞ-ın bu sistemlərin Rusiya qüvvələrinə qarşı yönəlməldiyinə dair hüquqi zəmanət verməkdən imtina etməsi səbəbindən çıxılmaz vəziyyətdə qalmışdı. Bu il fevralın 5-də qüvvəyə minən strateji hücum silahlarına dair yeni razılaşmaya əsasən Rusiya və ABŞ bu cür silahların əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı öhdəlik üzərinə götürüb. Aprelin 6-dan etibarən isə Rusiya və ABŞ yeni razılaşma üzrə təftişlər həyata keçirə bilər. Bundan başqa, bu razılaşma imzalanarkən Rusiya tərəfi ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin həcmi onun milli maraqlarını təhlükə altında qoyacağı halda, ondan çıxa biləcəyini də istisna etməmişdi.

В этом разделе